Vaşinqtondakı meşə yanğınları yaşayış məntəqələrini külə çevirdi
ABŞ-nin Vaşinqton ştatının Spokane bölgəsində günlərdir davam edən meşə yanğınları böyük dağıntılara səbəb olub.
BAKU.WS xəbər verir ki, güclü küləyin təsiri ilə yaşayış məntəqələrinə yayılan alov nəticəsində yüzlərlə ev yanıb, on minlərlə insan təxliyə edilib.
Ştatda fövqəladə vəziyyət elan olunub, Milli Qvardiya yanğınla mübarizəyə cəlb edilib. Hazırda 5 mindən çox yanğınsöndürən 15 fərqli ərazidə alovu nəzarət altına almağa çalışır.
Rəsmi məlumata görə, indiyədək 700-dən çox ev və tikili məhv olub, 250 min akrdan artıq ərazi yanıb. Yanğın səbəbindən 60 mindən çox abonentin elektrik enerjisi kəsilib. Rəsmilər axtarış-xilasetmə və dağıntıların aradan qaldırılması işlərinin davam etdiyini bildiriblər.
Oxşar xəbərlər
Almaniyada deportasiya böhranı: miqrantların ölkədən çıxarılması azalıb
Almaniyada hökumətin deportasiyaların artırılması ilə bağlı planlarına baxmayaraq, 2026-cı ilin ilk yarısında ölkədən çıxarılan əcnəbilərin sayı əhəmiyyətli dər...