"Vampir Günlükləri"nin müəllifi vəfat etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur "Vampir Günlükləri" kitab seriyasının müəllifi, amerikalı yazar L.J. Smith, 66 yaşında dünyasını dəyişib.
BAKU.WS haber global-a istinadən xəbər verir ki, yazarın 8 mart tarixində nadir rast gəlinən autoimmun xəstəliklə mübarizəni uduzduğu açıqlanıb. İlk əsəri olan "The Night of the Solstice" (Gündönümü Gecəsi) 1987-ci ildə nəşr olunmuşdu.
Onun yazdığı məşhur "Vampir Günlükləri" seriyası 2009-2017-ci illər arasında televiziya serialı kimi ekranlaşdırılaraq geniş izləyici kütləsi qazanmışdı.
L.J. Smith son illərdə öz əsərlərinin nəşr hüquqlarını itirmiş və bu səbəbdən rəsmi seriya başqa bir müəllif tərəfindən yazılmağa davam edilmişdi. Buna baxmayaraq, o, öz hekayəsini fərqli formatda yazaraq pərəstişkarları ilə bölüşməyə davam edirdi.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...