Üzərinə düşən işığın 99,87%-ni udan ən qara parça istehsal olundu

Üzərinə düşən işığın 99,87%-ni udan ən qara parça istehsal olundu
Dünya 38

ABŞ-nin Kornel Universitetinin mühəndisləri üzərinə düşən işığın 99,87 faizini udan yeni parça yaradıb. Nanotexnologiya ilə hazırlanan material, işığı demək olar ki, tamamilə udaraq ultra-qara görünüş formalaşdırır. Alimlər yeni parçanın digər oxşar texnologiyalarla müqayisədə daha ucuz və asan istehsal olunduğunu bildirirlər.

BAKU.WS xəbər verir ki, materialın hazırlanması üçün ağ merinos yunu əvvəlcə sintetik melanin polimeri olan polidopaminlə örtülüb, daha sonra parça plazma mühitində nanofibril adlanan mikroskopik strukturlarla oyulub. Parçanın qaranlığı məhz bu nanohissəciklərin işığı içəridə "tutmasından" qaynaqlanır.

Mühəndis Hansadi Jayamaha deyib: "İşıq bu nanostrukturların arasında qalıb geri əks olunmur. Ultra-qara effekti yaradan məhz budur."

Yeni texnologiya dizayn üçün təbiətdən ilham alıb. Parçanın hazırlanma prinsipi Yeni Qvineya və Şimali Avstraliyada yaşayan rifle quşunun (Magnificent Riflebird) ultra-qara tüklərindən götürülüb. Bu quşun tünd tükləri üzərində parlaq mavi-yaşıl rənglər daha güclü kontrast yaradır.

Tədqiqatçılar bildirir ki, hazırlanmış parça hətta bu quşun tüklərindən də daha qara görünür və 60 dərəcə bucağa qədər işıq udma qabiliyyətini qoruyur. Bu material artıq moda sahəsində də istifadə olunmağa başlayıb. Bir geyim dizayneri parça ilə riflə quşunu simvolizə edən xüsusi libas hazırlayıb.

Yeni parça "Vantablack" və MIT-in nanotüp materialları qədər qara olmasa da, elm adamlarına görə daha praktik və geniş miqyasda istehsal üçün əlverişlidir.

Son xəbərlər