ÜST: COVID pandemiyasının səbəbini müəyyən etmək Çindən məlumat olmadan mümkün deyil
Yeniliklərdən dərhal xəbərdar olun
Çin, o cümlədən ehtimal edilən daha erkən yoluxma halları haqqında tam məlumat verənə qədər COVID-19-un mənşəyi aydın olmayacaq.
"Report" xəbər verir ki, bunu Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus deyib.
"Artıq dəfələrlə, o cümlədən yüksək səviyyəli Çin rəhbərlərinə dediyim kimi, Çinin əməkdaşlığı bu proses üçün son dərəcə vacibdir. Bura "Huanan" dəniz məhsulları bazarı, COVID-19-un ən erkən məlum və şübhəli halları, eləcə də Uhan laboratoriyalarında görülən işlər haqqında məlumatlar daxildir. Biz hələ də COVID-19 pandemiyasının necə başladığını bilmirik və təəssüf ki, onun mənşəyini aydınlaşdırmaq üçün işlər yarımçıq qalır", - o bildirib.
Qebreyesusun sözlərinə görə, yeni təhlükəli patogenlər üzrə ekspertlərin elmi-məsləhət qrupu (SAGO) hazırda COVID-19 pandemiyasının necə başlamasının müstəqil qiymətləndirilməsini tamamlayır. O vurğulayıb ki, həqiqətin aşkarlanması üçün ÜST-yə üzv olan bütün dövlətlərin əməkdaşlığı, qarşılıqlı fəaliyyəti və şəffaflığı lazımdır.
Xatırladaq ki, COVID ilə bağlı qlobal fövqəladə sağlamlıq vəziyyəti 2020-ci ilin yanvar ayının sonundan 2023-cü ilin may ayının əvvəllərinə qədər qüvvədə olub. 2020-ci il martın 11-də ÜST COVID-19-u pandemiya kimi xarakterizə edib. Təşkilatın saytında dərc olunan son (18 avqust 2024-cü il tarixinə olan) məlumata görə, dünyada 776 007 137 koronavirusa yoluxma, 7 059 612 ölüm halı qeydə alınıb.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...