Uşaq bağçasının işçisi 60 uşağı cinsi istismara məruz qoyub
Yeniliklərdən dərhal xəbərdar olun
Avstraliyada baş verən cinsi istismar hadisəsi qan dondurdu.
Uşaq bağçasında uşaq baxıcısı işləyən 46 yaşlı Eşli Pol Qriffit işlədiyi müddətdə bir çox uşağa qarşı cinsi zorakılıq etdiyini etiraf edib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Brisbane Rayon Məhkəməsində baxılan iddiada 307 ittihamla ittiham olunan Qriffit Avstraliya və İtaliyada əksəriyyəti 12 yaşdan kiçik olan 60 qıza qarşı zorakılıq etdiyi üçün məhkəmə tərəfindən günahkar bilinib.
Qriffit 2022-ci ilin avqustunda uşaq istismarı məzmunu hazırladığı üçün polis tərəfindən saxlanılıb.
Bir il sonra, Qriffitin 2003-2022-ci illər arasında Avstraliyanın on iki müxtəlif bölgəsində və İtaliyanın Piza şəhərində 91 uşağa qarşı 1623 cinayət törətdiyi müəyyən edilib.
Hazırda həbsdə olan Qriffitin cəzası daha sonra müəyyənləşəcək.
Oxşar xəbərlər
ABŞ-də nüvə laboratoriyasında yanğın: radioaktiv maddələr sızdı
ABŞ-nin Cənubi Karolina ştatında yerləşən nüvə kompleksində yanğın baş verib. Hadisə zamanı radioaktiv maddələrin ətraf mühitə sızması qeydə alınıb. Təhlükəsizl...