Universitet tələbəsi bir həftədə iki dəfə Fuci dağından xilas edilib
Yaponiyada universitet tələbəsi bir həftədə iki dəfə Fuci dağından xilas edilib.
BAKU.WS Kyodo agentliyinə istinadən xəbər verir ki, 22 aprel günü Fuci dağında çıxılmaz vəziyyətdə qalan 27 yaşlı çinli universitet tələbəsi zirvədən helikopter vasitəsilə endirilib.
Polisin verdiyi açıqlamada bildirilib ki, tələbə xilas edildikdən sonra telefonunu və digər əşyalarını dağın zirvəsində unutduğunu başa düşərək, 26 aprel tarixində yenidən dağa qalxıb.
İkinci qalxışı zamanı vəziyyəti pisləşən tələbənin dəniz səviyyəsindən 3 min metr yüksəklikdə tapıldığı qeyd olunub. Məlumata görə, bir həftə ərzində iki dəfə xilas edilən tələbənin səhhəti hazırda yaxşıdır.
Oxşar xəbərlər
İstanbulun bir hissəsini su basdı, küçələr gölə döndü
Türkiyədə isti hava dalğası yerini şiddətli yağışlara verib. BAKU.WS xəbər verir ki, həftəsonu ölkənin bir çox bölgəsində müşahidə olunacağı proqnozlaşdırılan l...