Ukraynada vətəndaşlarda olan döyüş silahları qanuniləşdirilir

"Müharibədən sonra ölkədə kriminal vəziyyətin müəyyən müddətə ağırlaşa biləcəyini başa düşür və buna hazırlaşırıq. Üzləşə biləcəyimiz əsas problem hərbi vəziyyət başa çatdıqdan sonra vətəndaşlarımızın əlində olacaq qanunsuz silahlardır".
BAKU.WS xəbər verir ki, bunu "Report"un Şərqi Avropa bürosuna müsahibəsində Ukrayna Milli Polisinin Baş Cinayət Axtarış Departamentinin rəisi, polis generalı Vadim Dzyübinskin bildirib.
General qeyd edib ki, dünyada ilk dəfə Ukraynada hələ hərbi vəziyyət dövründə faktiki olaraq qanunsuz olaraq vətəndaşların əlində olan odlu silahların bəyan edilməsi ilə bağlı qanun qəbul edilib:
"Yəni əlində qeydiyyatsız odlu silah olan hər bir şəxs polisə gəlib bu silahı bəyan edə bilər. Etməli olacaq yeganə şey hər hansı bir silahın qeydiyyata alınması üçün standart prosedurları yerinə yetirmək və qanuna uyğun olaraq həyata keçirməkdir. Əgər avtomatik silahdırsa, onun vətəndaşda qalmasına imkan vermək hüququmuz yoxdur", - departament rəisi bildirib.
Onun sözlərinə görə, qanun ötən ilin noyabrında qüvvəyə minib və noyabr ayından indiyədək 3 873 nəfər müraciət edib. Onlar 4 239 ədəd odlu silah və bu silaha dair 1 milyon 157 min ədəd patron olduğunu bəyan ediblər:
"Yəni insanlar qanunsuz silah saxlamağa görə məsuliyyət daşımaq istəmədiklərini başa düşüblər. Polisə də güvənərək gəliblər. Silahı bəyan etməyənlər Ukrayna Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacaqlar. Silahı olduğunu elan etməklə şəxs məsuliyyətdən azad olur və bəyan edilmiş silahı öz əlində saxlamaqla gələcəkdə ona mülkiyyət hüququ qazanır.
Müqayisə üçün qeyd edək ki, ötən il polis 4 738 odlu silahı dövriyyədən çıxarılıb. Cəmiyyət, vətəndaşlar polisə, dövlətə güvənirlər, qanunsuz olan odlu silahlar çıxarılır. Bu, hərbi vəziyyət başa çatdıqdan sonra gələcəkdə küçələrimizin və vətəndaşlarımızın daha təhlükəsiz olması, silahların qanunsuz dövriyyəyə buraxılmaması üçün atdığımız addımlardan biridir", - o əlavə edib.
Oxşar xəbərlər
Ermənistan sərhədçiləri Türkiyə ilə sərhəddə Rusiya qoşunlarını əvəz ediblər
Ermənistanın sərhəd qoşunlarının hərbi qulluqçuları Türkiyə ilə sərhəddəki "Marqara" nəzarət-buraxılış məntəqəsində Rusiya sərhədçilərini əvəz ediblər. Oxu.Az x...
