Ukrayna yeni "Poseidon" PUA-larını silahlanmaya qəbul edib

Ukrayna yeni Poseidon PUA-larını silahlanmaya qəbul edib
Dünya 66

Ukrayna Müdafiə Nazirliyi hərbi bölmələri üçün "Poseidon H10 MkIII" kəşfiyyat pilotsuz uçuş aparatını silahlanmaya qəbul etdiyini təsdiqləyib.

BAKU.WS xəbər verir ki, bu barədə nazirlik özünün teleqram kanalında məlumat yayıb.

Bildirilib ki, yerli istehsal olan bu dron elektrik mühərrikləri və müasir naviqasiya sistemi ilə təchiz olunub. Təyyarə tipli dron şaquli qalxma və eniş üçün dörd pər, üfüqi uçuş üçün isə bir itələyici pər ilə təchiz edilib.

Yeni pilotsuz uçuş aparatı 20 qat böyütmə qabiliyyətinə malik stabilizasiya olunmuş gündüz kamerası və 4 qat zoom funksiyalı termal kameraya malikdir. Aparat saatda 150 kilometr sürət yığır və onun fəaliyyəti üçün bəyan edilən radius 150 kilometr təşkil edir. Kompleksin tərkibinə üç dron və iki idarəetmə stansiyası daxildir.

2024-cü ilin oktyabr ayında "The War Zone" nəşri yazmışdı ki, ABŞ-nin "AEVEX Aerospace" şirkəti tərəfindən istehsal olunan "Phoenix Ghost" dronlar ailəsinə "Dominator", "Disruptor" və "Atlas" pilotsuz uçuş aparatları daxildir. Bu dronlar zərbələr endirmək, həmçinin radioelektron mübarizə və kəşfiyyat tapşırıqlarını yerinə yetirmək qabiliyyətinə malikdir.

Son xəbərlər