Ukrayna XİN başçısı: Kiyev Vaşinqtonla nadir torpaq metalları üzrə razılaşmanı hazırlayıb

Ukrayna XİN başçısı: Kiyev Vaşinqtonla nadir torpaq metalları üzrə razılaşmanı hazırlayıb
Dünya 2048

Ukrayna artıq nadir torpaq metalları üzrə ABŞ ilə razılaşmaya dair öz mövqeyini hazırlayıb və danışıqlar üçün Vaşinqtona gedəcək qrup yaradır.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sibiha "Ukrinform"a şərhində bildirib.

"Ukrayna tərəfi, nəhayət, danışıqlar qrupunun tərkibini təsdiq edəcək, o, tezliklə ABŞ-nin təklif etdiyi sazişin mətninin əsaslı müzakirəsi üçün Vaşinqtona yola düşəcək. Biz artıq öz mövqeyimizi, eləcə də gələcək sazişin mətni ilə bağlı baxışımızı işləyib hazırlamışıq", – o deyib.

Nazir vurğulayıb ki, gələcək saziş qarşılıqlı faydalı olmalı, hər iki tərəfin maraqlarına cavab verməli, Ukraynanın Avropaya inteqrasiya kursuna zidd olmamalıdır: "Bu, Ukrayna tərəfi üçün fundamental mövqelərdən biridir".

Sibiha həmçinin danışıqlar prosesini müşayiət etmək üçün aparıcı hüquq firmalarından birinin seçiləcəyini təsdiqləyib.

Onun sözlərinə görə, Vaşinqtona gedəcək nümayəndə heyətinə Ukrayna XİN-in nümayəndəsi də daxil olacaq.

Xatırladaq ki, fevral ayında Ukrayna və ABŞ nadir torpaq metallarına dair sazişi müzakirə etməyə başlayıblar. O vaxtdan bəri hər iki tərəf həm Kiyevə, həm də Vaşinqtona uyğun şərtlər üzərində işləyir.

Oxşar xəbərlər

Çin İsrail və ABŞ-yə çağırış edib

Çin İsrail və ABŞ-yə çağırış edib

Çinin Xarici İşlər Nazirliyi ABŞ və İsraili İranda tarixi abidələrin dağıdılmasını dərhal dayandırmağa çağırıb. BAKU.WS xəbər verir ki, bu barədə Pekində keçiri...

51 Dünya 11:51 31 mart 2026

Son xəbərlər