Ukrayna və İranla bağlı danışıqlar eyni gündə Cenevrədə keçiriləcək

Ukrayna və İranla bağlı danışıqlar eyni gündə Cenevrədə keçiriləcək
Dünya 19

Rusiya-Ukrayna münaqişəsinin həlli və İrandakı vəziyyətlə bağlı danışıqlar fevralın 17-də Cenevrədə eyni vaxtda keçiriləcək.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Bildirilib ki, "Ukrayna və İranla bağlı danışıqlar çərşənbə axşamı, 17 fevralda Cenevrədə eyni vaxtda keçiriləcək. İranla danışıqlar Oman vasitəçilərinin iştirakı ilə keçiriləcək".

Məlumata görə, danışıqlar BMT-nin qərargahının kənarda keçiriləcək. Ukraynada sülh danışıqlarının üçüncü raundu 17-18 fevral tarixlərində Cenevrədə keçiriləcək. Danışıqlarda üç ölkənin - ABŞ, Rusiya və Ukraynanın nümayəndə heyətləri iştirak edəcək. İsveçrə iştirak etməyəcək. Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.

Oxşar xəbərlər

Son xəbərlər