Ukrayna qanunvericiliyində əcnəbilərlə bağlı dəyişikliklər edilir?

Ukrayna qanunvericiliyində əcnəbilərlə bağlı dəyişikliklər edilir?
Video
Dünya 14

Dörd ildir davam edən genişmiqyaslı Ukrayna müharibəsi həm bu ölkədə, həm də qonşu dövlətlərdə əcnəbilərin yaşayışı və gediş-gəlişi ilə bağlı qaydalara təsir göstərib. Nəzərə alsaq ki, Ukrayna və ona qonşu ölkələr əcnəbilərin, xüsusilə də keçmiş Sovet respublikalarının vətəndaşlarının ən çox səfər etdiyi istiqamətlərdəndir, bu məsələ xüsusi aktuallıq kəsb edir.

Baku TV mövcud vəziyyəti araşdırıb.

Müharibə Ukraynada miqrasiya və immiqrasiya sahəsinə də ciddi təsir göstərib. Ekspertlərin sözlərinə görə, münaqişə digər Şərqi Avropa ölkələrində də vəziyyəti dəyişib.

Vəkil Şəmsi Məhərrəmov məsələ ilə bağlı bildirib:

"Bu halda xarici vətəndaşlara, əsasən də Azərbaycan vətəndaşlarına tövsiyə edə bilərik ki, Ukraynaya giriş zamanı sərhəddə təqdim olunan sənədlər səfərin məqsədi ilə tam uyğunluq təşkil etsin. Yəni şəxsin hara və hansı məqsədlə getdiyi aydın şəkildə təsdiqlənməlidir. Məsələn, iş üçün gedirlərsə, şirkət tərəfindən göndərilmiş dəvətnamə olmalıdır. İş icazəsinin də əvvəlcədən təmin edilməsi məqsədəuyğundur.

Əgər artıq Ukrayna ərazisindədirlərsə və sənədləşmə prosesi davam edirsə, oturum izni alarkən bunun real əsaslara söykənməsinə diqqət etmələrini tövsiyə edirik. Çünki müəyyən müddətdən sonra hüquq-mühafizə orqanları, Miqrasiya Xidməti və Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən aparılan yoxlamalar nəticəsində bir çox xarici vətəndaşın sənədləri ləğv edilir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər