Ukrayna Prezidenti müharibədə ölən hərbçilərin sayını açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski indiyədək müharibədə 43 min hərbçinin həlak olduğunu açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə dövlət başçısı teleqramda bildirib.
Eyni zamanda, o, 370 min yaralıya yardım göstərildiyini deyib. Zelenskinin sözlərinə görə, yaralıların 50 %-i xidmətə qayıdır.
"Rusiya ordusu ilə Ukrayna Müdafiə Qüvvələri arasındakı əsas fərqlərdən biri cəbhədəki səhiyyənin inkişaf səviyyəsidir ki, bu da bizim ordumuzda əhəmiyyətli dərəcədə yüksəkdir", - Prezident bildirib.
O qeyd edib ki, 2024-cü ilin sentyabrından Rusiya "döyüş meydanında bizə qarşı 5 və hətta 6-ya 1 nisbətində insan itirir". İndi Rusiyanın itkiləri 750 min nəfəri keçib: 198 min ölü və 550 mindən çox yaralı.
Oxşar xəbərlər
İsrail və Danimarkanın XİN rəhbərləri Qəzzadakı vəziyyətlə bağlı mübahisə ediblər
Bu səhər Qüdsdə keçirilən birgə mətbuat konfransında İsrailin xarici işlər naziri Gideon Saar və Danimarka xarici işlər naziri Lars Lokke Rasmussen Qəzzada huma...
