Ukrayna ordusunun itkiləri 900 min nəfəri keçdi

Ukrayna ordusunun itkiləri 900 min nəfəri keçdi
Dünya 484

Ukrayna Silahlı Qüvvələrinin 2022-ci ilin fevralından bəri döyüş bölgəsindəki itkiləri ölən və yaralananlarla birlikdə təxminən 906,5 min nəfər təşkil edib.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hesablamalara görə, Ukrayna ordusunun 2024-cü ildəki itkiləri, xüsusi hərbi əməliyyatın ilk iki ilindəki ümumi itkilərini üstələyib.

Bu ilin fevral ayında Rusiya tərəfi bəyan etmişdi ki, Ukrayna Silahlı Qüvvələri döyüş meydanında 444 mindən çox itki verib. Nazirliyin son məlumatlarına əsasən, bu rəqəmdən sonra Ukrayna ordusu müxtəlif istiqamətlərdə daha 462,5 min nəfərdən çox itki ilə üzləşib.

Qeyd edək ki, Kursk sərhəd bölgəsindəki döyüşlərin başlanğıcından etibarən Ukrayna ordusu təxminən 33 min hərbçisini itirib. İsveçrə Baş Qərargahının polkovniki, istefada olan Jak Bo qeyd edib ki, Kursk bölgəsində Ukrayna ordusu ən yaxşı qoşunlarını itirir.

Regionda təxminən min ukraynalı hərbçi mühasirəyə düşüb. Dünən məlum olub ki, mühasirədən çıxmağa cəhd edən 180 ukraynalı hərbçi öldürülüb. Bir bölük tamamilə əsir düşüb.

Oxşar xəbərlər

Son xəbərlər