Uitkoff Romada ABŞ – İran danışıqlarından sonra Qrossi ilə görüşüb
19
apr
2025
23:48
ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoff ABŞ – İran danışıqlarının ikinci raundu başa çatdıqdan sonra Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi ilə görüşüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Asharq" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Görüşün təfərrüatları barədə məlumat verilməyib.
Qeyd edək ki, bu gün Romada İran və ABŞ nümayəndə heyətləri arasında birbaşa olmayan danışıqların ikinci raundu baş tutub. Vasitəçi Omanın xarici işlər naziri Bədr bin Həməd bin Hamud əl-Busaidi olub.
Oxşar xəbərlər
Çində 2025-ci ildə 670-dən çox bank fəaliyyətini dayandırıb
Çində 2025-ci il ərzində 670-dən çox bankın fəaliyyətinə son verilib. Bunun nəticəsində ölkədə bankların ümumi sayı təxminən dörddəbir azalıb. BAKU.WS xəbər ver...