Üçüncü dəfə əməliyyat olunan Kadir İnanırın SON HALI
Məşhur aktyor Kadir İnanırın yeni görüntüləri yayılıb.
BAKU.WS xəbər verir ki, aktyorun xəstəxanadan yayılan fotosunda xeyli çəki itirdiyi əks olunub.
Beyin damarında laxtalanma olan İnanır üçüncü dəfə əməliyyat olunub.
Aktyoru bu dəfə "SOL" partiyasının üzvü Alper Taş ziyarət edib.
"Sevgili Kadir İnanırı müalicə aldığı xəstəxanada ziyarət etdik. O Jülide Kuralın sevgi dolu müşayiəti və dəstəyi ilə hər gün daha da yaxşılaşır. O, bizi həmişəki kimi gülüşü ilə qarşıladı. O, dostlarına salamlarını çatdırır" -deyə, partiya üzvü bildirib.
Xatırladaq ki, 2021-ci ildə də Kadir İnanırın səhhətində problem yaranmışdı. Aktyorun beyin damarında laxtalanma olmuşdu. Sonuncu dəfə aktyor ötən ilin mart ayında xəstəxanaya yerləşdirilib.
Oxşar xəbərlər
Tramp: Biz İranı bir saat ərzində məhv edə bilərdik
ABŞ İranın aviasiyasını və hərbi donanmasını məhv edib və fəaliyyətini daha sərt şəkildə davam etdirəcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə...