Türkiyəyə ''La Nina'' gəlir - 39 bölgədə qış sərt keçəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Bu il Türkiyədə uzun illərdən sonra ən sərt qış hökm sürəcək.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin Milli Hidrometrologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, ölkənin bir çox bölgəsinə ''La Nina'' adlı sərt qış gəlir.
Ağır hava şəraiti xüsusilə 2025-ci ilin dekabrın sonu və 2026-cı il yanvarın ortalarına qədər davam edəcək.
39 bölgədə sərt qış olacaq. İstanbul, Tekirdağ, Edirne, Kırklareli, Balıkesir, Çanakkale, Bursa, Bilecik, Sakarya, Kocaeli, Yalova, Artvin, Rize, Bayburt, Trabzon, Gümüşhane, Giresun, Ordu, Tokat, Amasya, Samsun, Sinop, Çorum, Kastamonu, Bartın, Karabük, Zonguldak, Düzce, Bolu, Çankırı, Ankara, Eskişehir, Yozgat, Sivas, Kırıkkale, İzmir, Aydın, Muğla və Manisada ''La Nina'' hökm sürəcək.
Hidrometeoroloqlar 4 bölgəyə xüsusi diqqət yetirilməli olduğunu vurğulayıb.
Bunlar Mərmərə, Qaradəniz, Mərkəzi Anadolu və Egey dənizidir. Bu ərazilərdə qar yağmayan günlərdə isə şiddətli yağış yağacağı proqnozlaşdırılır.
Məlumat üçün bildirək ki, ''La Nina'' Sakit Okeanın ekvatorial hissəsində isti hava kütlələrinin bir anda tamamailə dəyişərək meydana gətirdiyi qarışıq hava durumudur. Bu hava 5 ay müddətinə ortaya çıxır.
"La Nina'' sərt qış qədər şiddətli qasırğalar da yol aça bilir.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...