Türkiyənin bu ərazilərinə yağış, sel və fırtına xəbərdarlığı edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə qarşıdakı günlərlə bağlı yağış və fırtına xəbərdarlığı olunub.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Meteorologiya Ümumi Müdirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyənin qərb seqmentlərində hava çox buludlu olacaq, Mərmərə, Şimali və Ege sahili, Qərbi Qara dəniz, Eskişehir və Ankaranın şimalında yağışlı keçəcək.
İzmirin şimal və daxili hissələri ilə Balıkəsir və Bursa ətrafında yağışım leysan xarakterli olacağı gözlənilir.
Bu bölgələrdə yağan yağışların intensivliyi səbəbindən sel, daşqın və nəqliyyatın hərəkətində çətinliklər kimi neqativ hallara qarşı xəbərdarlıq edilib.
Oxşar xəbərlər
ABŞ-də nüvə laboratoriyasında yanğın: radioaktiv maddələr sızdı
ABŞ-nin Cənubi Karolina ştatında yerləşən nüvə kompleksində yanğın baş verib. Hadisə zamanı radioaktiv maddələrin ətraf mühitə sızması qeydə alınıb. Təhlükəsizl...