Türkiyənin 25 bölgəsinə "Sarı" xəbərdarlıq edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin 25 bölgəsinə soyuq hava şəraiti ilə bağlı "Sarı" xəbərdarlıq edilib.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin əsas meteorologiya idarəsi məlumat yayıb.
Qeyd edilib ki, Qərbi Aralıq dənizi sahilləri və Çanakkale, Balıkesir və Van istisna olmaqla digər yerlərə güclü yağış yağacaq.
Ümumiyyətlə, yağış və leysan Mərkəzi Anadolu, Qara dənizin mərkəzi hissələri, Ardahan, Tunceli, Qars, Ərzurum və Qar, Rize və Şərqi Samsunda da gözlənilir.
Qara dənizin mərkəzi hissələrində, eyni zamanda Şərqi Anadoluda şaxta və qar olacağı qeyd edilib.
Digər bölgələrdə isə temperatur 3, 5 dərəcə aşağı düşəcək. Küləyin sürəti saatda 40-80 km/saat təşkil edəcək.
Amasya, Ordu, Samsun, Tokat şəhərlərində güclü qar yağacaq.
Eyni hava şəraiti Zonguldak, Bartın, Düzce, Çankırı, Eskişehir, Kayseri, Kırşehir, Konya, Nevşehir, Niğde, Sinop, Sivas, Yozgat, Aksaray, Karamankale, Kırıkkale şəhərlərində də özünü büruzə verəcək.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...