Türkiyənin 11 gəmisi Hörmüz Boğazını təhlükəsiz keçib
Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, müharibənin başlanmasından bu yana Türkiyəyə məxsus 11 gəmi Hörmüz Boğazını təhlükəsiz şəkildə keçərək Körfəz bölgəsindən çıxıb.
BAKU.WS xəbər verir ki, nazirin açıqlamasına görə, Hörmüz Boğazı və Bəsrə Körfəzindəki vəziyyət daim izlənilir, bölgədə olan gəmilər və vətəndaşlarla mütəmadi əlaqə saxlanılır.
Sosial media hesabında paylaşım edən nazir qeyd edib ki, 21 iyun səhəri daha 2 gəminin çıxması ilə birlikdə müharibənin başlanğıcından bu yana ümumilikdə 11 Türk gəmisi Hürmüz Boğazını təhlükəsiz şəkildə keçərək Körfəzdən ayrılıb.
Hazırda Hörmüz Boğazı və Bəsrə Körfəzində ümumilikdə 7 gəmidə 177 Türkiyə vətəndaşı xidmət göstərir. Həmin gəmilərdən biri Türkiyə bayrağı daşıyır.
Qeyd olunub ki, bütün şəraitdə vətəndaşların və gəmilərin təhlükəsizliyi üçün zəruri tədbirlər görülməkdə davam edir.
Oxşar xəbərlər
Moskva vilayətində raket təhlükəsi elan edilib
Moskva vilayətində raket təhlükəsi elan edilib/ BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, xəbərdarlıq barədə bildiriş "112 MO" təcili xəbərdarlıq tətbiqi...