Məşhur türkiyəli aparıcı vəfat edib

Məşhur türkiyəli aparıcı vəfat edib
Dünya 44

Türkiyənin tanınmış jurnalisti, yazıçısı və televiziya aparıcısı Aziz Üstəl 80 yaşında vəfat edib.

BAKU.WS xəbər verir ki, o, müalicə aldığı İzmir şəhərində çoxsaylı orqan çatışmazlığı səbəbindən dünyasını dəyişib.

1948-ci il təvəllüdlü Aziz Üstəl ABŞ-nin Kaliforniya Universitetində beynəlxalq münasibətlər və yayımçılıq ixtisasları üzrə təhsil alıb. Türkiyəyə qayıtdıqdan sonra tərcüməçi kimi fəaliyyət göstərən Üstəl Entoni Börcessin məşhur "Mexaniki portağal" ("A Clockwork Orange") əsəri də daxil olmaqla çoxsaylı kitabları türk dilinə tərcümə edib.

Jurnalistika fəaliyyətinə "Tercüman" və "Günaydın" qəzetlərində başlayan Aziz Üstəl TRT-də müxtəlif layihələrdə tərcüməçi kimi çalışıb, "Gecənin qonaqları" proqramının müəllifi və aparıcısı olub. O, həmçinin televiziya layihələri hazırlayıb, serial ssenariləri yazıb, idman jurnalistikası ilə məşğul olub və bir müddət "Qalatasaray" klubunda idarəçi vəzifəsini tutub.

Qeyd edək ki, Aziz Üstəlin "Məni kim öldürdü", "Osmanlının son qartalları" və "Ölü uşaqlar şəhəri" adlı kitabları da nəşr olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər