Türkiyədən ölkəsinə qayıdan Liviyanın Baş Qərargah rəisi təyyarə qəsasında həlak olub
Türkiyənin paytaxtı Ankaradan Liviyanın Tripoli şəhərinə uçan və göyərtəsində Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddadın olduğu "Falcon 50" tipli biznes təyyarəsi qəzaya uğrayıb.
BAKU.WS xəbər verir ki, hadisə təyyarə dünən axşam Ankara Esenboğa Hava Limanından qalxdıqdan qısa müddət sonra baş verib.
Türkiyənin daxili işlər naziri Ali Yerlikayanın bildirdiyinə görə, təyyarə saat 20:10-da havaya qalxıb, 20:52-də isə onunla əlaqə kəsilib. Haymana rayonu yaxınlığında təyyarədən təcili eniş tələbi daxil olsa da, sonradan əlaqə bərpa olunmayıb.
Bir müddət sonra təyyarənin qalıqları jandarma bölmələri tərəfindən Haymana rayonunun Kesikkavak kəndindən təxminən 2 kilometr cənubda aşkarlanıb. Qəza zamanı bölgədə əlverişsiz hava şəraiti, güclü yağış və dumanın olduğu bildirilib.
#SONDAKİKA | Libya Genelkurmay Başkanını taşıyan uçak, Esenboğa’dan kalktıktan sonra elektrik arızası nedeniyle Acil Durum çağrısı yaptı.
— Afroasya Today (@afroasyatoday) December 23, 2025
⚫️ Esenboğa Havaalanı’na acil inişe geçen uçak, Haymana’da bir noktaya düştü.
⚫️ Uçakta, Libya Genelkurmay Başkanı da dahil olmak üzere 5… pic.twitter.com/a9sMLmmObL
Təyyarədə Liviya Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddad da daxil olmaqla ümumilikdə 5 nəfərin olduğu və onların hamısının həlak olduğu təsdiqlənib.
Hadisə ilə bağlı Türkiyədə rəsmi istintaq başlanılıb. Türkiyənin ədliyyə naziri Yılmaz Tunçun açıqlamasına görə, qəzanın araşdırılması üçün bir dövlət prokurorunun müavini tərəfindən koordinasiya edilən dörd prokuror təyin edilib. İstintaq çərçivəsində qəzanın səbəblərinin və məsul şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Liviya tərəfi faciəyə rəsmi reaksiya verib. Tripolidə yerləşən Milli Razılıq Hökuməti general Məhəmməd Əli Əhməd əl-Həddadın ölümü ilə əlaqədar ölkə ərazisində üç günlük matəm elan edib. Matəm bütün Liviya üzrə qüvvədə olacaq.
Qeyd edək ki, general əl-Həddad Türkiyəyə səfəri çərçivəsində Türkiyənin Baş Qərargah rəisi və milli müdafiə naziri ilə rəsmi görüşlər keçirib və səfərdən sonra Tripoliyə qayıdarkən qəza baş verib.
Qalereya
Oxşar xəbərlər
Narkotik əməliyyatları çərçivəsində saxlanılan iş adamı sərbəst buraxıldı
Ötən gün narkotik əməliyyatlar çərçivəsində saxlanılan iş adamı Umut Evirgen sərbəst buraxılıb. BAKU.WS xəbər verir ki, həyat yoldaşı Alina Bozun tamaşasından...