Türkiyədə zəlzələ zamanı 29 nəfər xəsarət alıb, ölən var

Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda qeydə alınan 6,1 maqnitudalı zəlzələ nəticəsində 1 nəfər ölüb.
BAKU.WS TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Yerlikayanın sözlərinə görə, Balıkəsirdə baş verən zəlzələdə dağıntılar altından çıxarılan 81 yaşlı şəxsi bütün səylərə baxmayaraq xilas etmək olmayıb.
O həmçinin qeyd edib ki, hadisə zamanı 29 nəfər yaralanıb. Ümumilikdə 68 məhəllədə 16 bina çöküb, insanlar 4 yaşayış binasından sağ-salamat qaçmağı bacarıb.
Xatırladaq ki,ötən gecə saat 20:53-də Balıkesir vilayətinin Sındırğı rayonunda zəlzələ 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin 11 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Zəlzələ Balıkəsirdən başqa İzmir, Kütahya, Yalova, İstanbul, Manisa, Uşak, Aydın, Əskişəhər, Sakarya və Tekirdağda da hiss olunub.
Oxşar xəbərlər
Özcan Denizin anası: "Arvadını baş tacı edib, bizə başmaq qədər dəyər vermir"
Məşhur müğənni Özcan Deniz yenidən ailəsi arasında yaşanan gərginliklə gündəmə gəlib. BAKU.WS xəbər verir ki, sənətçinin anası Kadriye Deniz oğlunun ona baxmad...
