Türkiyədə uçan binadan xilasetmə anları: "Xoş gəldin qardaş" deyə səsləndi
Ötən gecə Türkiyədə, Konyanın Səlcuqlu rayonu Səlcuq məhəlləsindəki Beyşehir küçəsində 4 mərtəbəli bina naməlum səbəbdən uçub.
Dağıntılar altında qalan şəxsləri xilas etmək üçün axtarış-xilasetmə qrupları əraziyə cəlb edilib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, axtarış-xilasetmə xidmətinin əməkdaşları Muhammed Cedan (24 yaşlı) və Halid El Cedanı dağıntılar altında 5 saat sonra sağ tapıb.
Belə ki, xilasedicilərdən biri dağıntılar altında olan şəxsin əlini görüb tutaraq "Əli tutdum. Allah qoysa səni çıxaracam. Heç ürəyini sıxma, yaxşımı?" deyərək mənəvi dəstək verməyə çalışıb.
Sonra digər qurbanı görəndə, "Salam, dostum. Masallah. Allahın izni ilə sən mənimləsən, heç bir problem yoxdur" deyərək onu sakitləşdirib, su verib.
Bu əsnada dağıntılar arasında sağ qalan suriyalı AFAD zabitinə sakit səslə "xoş gəldin, qardaş" deyib, sonra gülümsəyib.
Xilasedici zərərçəkənlərə su verib və çox içməmək barədə xəbərdarlıq edib.
Qalereya
Oxşar xəbərlər
Hindistan Rusiyadan atom sualtı qayığını icarəyə götürəcək
Hindistan Rusiyadan 10 il müddətinə sualtı atom zərbə qayığını icarəyə götürəcək. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, tərəflər arasında sövdələşmənin dəy...