Türkiyədə tarixi filmlərin rəqəmsallaşdırılması sürətləndirilib
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kino Baş İdarəsi Osmanlı imperiyasının son dövrü və Türkiyə Cümhuriyyətinin ilk illərinə aid nadir görüntüləri əhatə edən filmlərin rəqəmsallaşdırılması istiqamətində işləri sürətləndirib.
BAKU.WS haberglobal-a istinadən xəbər verir ki, Kino Baş İdarəsinin arxivində 13 min 500 film qutusu saxlanılır. İdarənin Arxiv və Dəstək Xidmətləri şöbəsinin müdiri Nihat Değirmenci bildirib ki, bu filmlərin böyük hissəsi müxtəlif dövlət qurumlarından toplanıb və tədricən rəqəmsal formata keçirilir. Hazırda 4 min 752 film qutusu rəqəmsallaşdırılıb, layihənin tam başa çatması isə 5–6 il çəkəcək.
Değirmenci qeyd edib ki, arxivdə Osmanlı dövrü, Atatürk dönəmi və Qurtuluş Savaşı ilə bağlı çox dəyərli görüntülər var.
Bu filmlər Türkiyənin tarixi, sosial və mədəni həyatına işıq salır və tədqiqatçılar üçün mühüm mənbə rolunu oynayır.
Rəqəmsallaşdırılan filmlər "Film Mirasım" saytı və "Sine" adlı YouTube kanalı vasitəsilə ictimaiyyətə təqdim olunur.
Kanalın artıq 10 mindən çox izləyicisi və 12 milyon baxışı var.
Layihə çərçivəsində filmlər əvvəlcə təmizlənir, sonra taranaraq səs və görüntü sinxronlaşdırılır. Nəticədə Türkiyənin kino və mədəni irsinin qorunması, gələcək nəsillərə ötürülməsi məqsədi daşıyan böyük bir arxiv formalaşır.
Oxşar xəbərlər
İş adamı Yusif Xəlilov həbsdən azad edildi
Sentyabr ayında Rusiyanın Voronej şəhərində rüşvət ittihamı ilə saxlanılan azərbaycanəsilli iş adamı Yusif Xəlilov azadlığa buraxılıb. BAKU.WS xəbər verir ki, m...