Türkiyədə sahibkar Fətullah Gülənin ölümü ilə əlaqədar endirim kampaniyası keçirib
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda mobil telefon xidmətləri göstərən Süleyman Bayrak FETÖ lideri Fətullah Gülənin ölümü ilə əlaqədar endirim kampaniyası həyata keçirib.
Oxu.Az bu barədə İHA agentliyinə istinadən xəbər verir.
Belə ki, o, iş yerinin pəncərəsindən "FETÖ lideri və terror təşkilatının lideri Gülənin ölümü şərəfinə 25 faiz əlavə endirim" yazısını asaraq müştərilərin diqqətini cəlb etməyə çalışıb.
Məlumat üçün əlavə edək ki, Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ-nün lideri Fətullah Gülən bu gün Pensilvaniyada 83 yaşında vəfat edib.
Oxşar xəbərlər
İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək
İraqda neft və neft məhsullarının qaçaqmalçılığı ilə bağlı aparılan araşdırmaların nəticəsində bir sıra yüksək vəzifəli məmurların vəzifələrindən azad edilməsi...