Türkiyədə qurban kəsimi zamanı 14 372 nəfər xəsarət aldı
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə Qurban bayramının ilk günündə 14 mindən çox insan qurbanlıqların kəsilməsi zamanı xəsarət alıb.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Kamal Memişoğlu "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Qurban bayramının ilk günündə 81 vilayətdə ümumilikdə 14 372 nəfər, o cümlədən paytaxt Ankarada 1 049, İstanbulda 753, Konyada 655, Qaziantepdə 634 və Manisada 572 nəfər qurban kəsimi zamanı aldıqları xəsarətlərlə əlaqədar tibb müəssisələrimizə müraciət edib", - deyə o, qeyd edib.
Nazir bir daha xatırladıb ki, belə halların yaşanmaması üçün bu bayramda heyvanlar peşəkarlar tərəfindən kəsilməlidir.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...