Türkiyədə qırmızı bülletenlə axtarılan terrorçu məhv edilib

Türkiyədə qırmızı bülletenlə axtarılan terrorçu məhv edilib
Foto Video
Dünya 70

Türkiyə Daxili işlər naziri Əli Yerliqaya avqustun 18-də Şırnakda zərərsizləşdirilən 4 paramotorlu terrorçuların kimliyini açıqlayıb.
 
BAKU.WS xəbər verir ki, nazir onlardan birinin qırmızı büllenenlə axtarışda olan Veysel Sevinç olduğu bildirib.

Digər terrorçu da, xüsusi təhlükəli terrorçu Reşit Çevik, digərlərinin isə Barış Kartal və Serhat Güzel olduğunu bildirib.

Xatırladaq ki, Şırnakın Uludere mahalının Dugun dağı ərazisində terrorçulara qarşı xüsusis əməliyyat keçirilib. 

Əməliyyat zamanı dağ döyüşlərində xüsusi təlim keçmiş, paraşüt və motorlu qurğulardan istifadə etməkdə məharətilə seçilən "paramotorlu terrorçular" ləqəbilə tanınan 4 nəfər öldürülüb. Öldürülən terrorçular ümumilikdə 22 terror törədiblər. Bu hadisələrdə 13 türk əsgəri şəhid olub. 40-dan çox mülki vətəndaş ölüb. Bu hadisələrdə çoxsaylı yaralılar qeydə alınıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər