Türkiyədə QAR YAĞDI
Türkiyədə havaların soyuması ilə Bolunun yüksək dağlıq ərazilərində mövsümün ilk qarı müşahidə olunub. Oktyabr ayında təsirli olan qar əsasən Aladağlar və Kartalkaya bölgələrində özünü göstərib.
BAKU.WS xəbər verir ki, səhər saatlarından etibarən şəhərdə havalar xeyli soyuyub, 1500 metr yüksəklikdə yerləşən ərazilərdə isə qar yağışı başlayıb.
Xüsusilə Aladağlar, Sarıalan Yaylası və Kartalkaya xizək mərkəzi ətrafında qar aralıqla yağmağa davam edir.
Meteoroloqların məlumatına görə, yüksək dağlıq ərazilərdə qarın davam edəcəyi gözlənilir.
Bolu şəhərində isə hava temperaturunun 5–7 dərəcə arasında dəyişəcəyi bildirilir.
Oxşar xəbərlər
Ukraynalı sabiq nazir sərhəddə saxlanıldı
Ukraynanın sabiq energetika naziri Herman Qaluşşenko fevralın 15-nə keçən gecə ölkədən çıxmağa cəhd edərkən saxlanılıb. BAKU.WS xəbər verir ki, o, qatarla dövl...