Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb.
Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Hakkari Polis İdarəsi və Yüksekova Baş Prokurorluğunun koordinasiyası ilə kiberpatrul və texniki analiz işləri nəticəsində cinayətkar qruplaşmanın təxminən 20 milyard TL (449,6 milyon dollar) pul dövriyyəsinin olduğu müəyyən edilib. "Bunun Türkiyədə indiyə qədər kibercinayətlər və oxşar xarakterli istintaqlarda əməliyyat həcmi baxımından müəyyən edilmiş ən yüksək məbləğ olduğu aydınlaşdırılıb", - məlumatda qeyd olunub
"İnformasiya sistemlərindən istifadə edərək vətəndaşlarımıza qarşı dələduzluq edənlərin, vətəndə olduğu kimi virtual izləməsi də aparılır", - əlavə olunub.
Hakkari merkezli 18 ilde Yasa Dışı Bahis ve Nitelikli Dolandırıcılık suçlarına yönelik düzenlenen operasyonlarda 52 şüpheli yakalandı.
— T.C. İçişleri Bakanlığı (@TC_icisleri) March 31, 2026
Hakkari Emniyet Müdürlüğü ve Yüksekova Cumhuriyet Başsavcılığı koordinesinde, siber devriye ve teknik analiz çalışmaları sonucu, suç örgütünün;… pic.twitter.com/N7XH5fe6aR
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...