Türkiyədə iki tondan çox narkotik ələ keçirilib, 424 nəfər saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə narkotacirlərə qarşı əməliyyat keçirilib, 2 tondan çox uyuşdurucu ələ keçirilib, 424 nəfər saxlanılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) 71 vilayətdə narkotik maddə satıcılarına qarşı son 10 gündə keçirilən əməliyyatlarda 2 ton 367 kilo 634 qram narkotik maddənin ələ keçirildiyini, saxlanılan 894 şübhəlidən 424-nün həbs olunduğunu açıqlayıb.
Adana, Adıyaman, Afyonkarahisar, Ağrı, Aksaray, Amasya, Ankara, Antalya, Aydın, Balıkesir, Bartın, Batman, Bayburt, Bingöl, Bitlis, Bolu, Burdur, Bursa, Çanakkale, Çankırı, Çorum, Denizli, Diyarbakır, Düzce, Edirne, Elazığ, Eskişehir, Gaziantep, Giresun, Hakkari, Hatay, Iğdır, Isparta, İstanbul, İzmir, Kahramanmaraş, Karaman, Kars, Kayseri, Kırıkkale, Kırklareli, Kilis, Kocaeli, Konya, Kütahya, Malatya, Manisa, Mardin, Mersin, Muğla, Muş, Nevşehir, Niğde, Ordu, Osmaniye, Rize, Sakarya, Samsun, Siirt, Sinop, Sivas, Şanlıurfa, Şırnak, Tekirdağ, Tokat, Trabzon, Uşak, Van, Yalova, Yozgat və Zonguldakdakı əməliyyatlara 345 qrup, 3 min 360 nəfərlik şəxsi heyət, 11 hava vasitəsi və 43 narkotik detektor iti cəlb olunub.
Əməliyyatlarda 2 ton 367 kilo 634 qram narkotik maddə ilə 4 milyon 34 min 459 narkotik həb ələ keçirilib. Narkotik maddələr arasında 1 ton 917 kilo sintetik əcza xammalı da yer alıb.
Saxlanılan 894 şübhəlidən 424-ü həbs edildiyi halda, 93-ü barəsində məhkəmə nəzarəti tədbirləri tətbiq olunub. Digər şübhəlilərlə bağlı prosedurlar davam edir.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...