Türkiyədə Fətullah Gülənin ölümünə sevinən ticarətçidən maraqlı addım
22
okt
2024
14:33
Türkiyədə, Fətullah Gülənin ilk tanındığı Tarixi Kemeraltı bazarında dükançılardan biri əhaliyə xına paylayıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, ticarətçi bu addımı Fətullah Gülənin ölümü ilə əlaqələndirib.
Dükan sahibi Gülənin ölümündən sonra xına yaxmaq istəyən hər kəsə bir kisə hədiyyə edə biləcəyini bildirib.
"Həm ölkəyə, həm də millətə xeyirli olsun. Burada xına satıram, kim xına yaxmaq istəsə, havayı verərəm. Ölümünə sevindim. Cənazəsi də ölkəyə gəlməsin, o, həmişə orada idi, orada da qalsın. Dirisi zərərli idi, ölüsü də zərərli olar".
Oxşar xəbərlər
Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 4 500 nəfəri keçib
Venesuelada baş verən dağıdıcı zəlzələlər nəticəsində 4 561 nəfər həlak olub, 16 740 nəfər yaralanıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, yenilənmiş məl...