Türkiyədə bank kartları ilə bağlı YENİ QADAĞA - Bu parolları qoya bilməyəcəklər

Türkiyənin Bankçılıq Tənzimləmə və Nəzarət Qurumu (BTNK) kredit və bank kartı istifadəçilərini fırıldaqçılardan qorumaq məqsədilə yeni qaydalar tətbiq edib.
BAKU.WS xəbər verir ki, yeni qaydalarla bəzi parolların qoyulması qadağan edilib.
Tarix və ardıcıl rəqəm şifrələrinə qadağa:
"1453, 1881, 1903, 1905, 1907" kimi tarixi illər, avtomobil nömrələri və ardıcıl rəqəmlər şifrə olaraq seçilə bilməz.
Futbol klublarının yaranma tarixi ilə bağlı qadağa:
Tanınmış futbol klublarının yaranma tarixi və məşhur kombinasiyalar təhlükəsizlik baxımından qadağan edilib.
ATM-lərdə təhlükəsizlik tədbirləri artırılıb:
Bu kombinasiyaları istifadə etmək istəyənlər avtomatik xəbərdarlıq alacaqlar. Şifrəni dəyişdirməyənlərin kartları bloklanacaq və yeni şifrə variantları ilə təkrar istifadəçilərə göndəriləcək.
Qeyd edək ki, bu qərar artan fırıldaqçılıq halları, sadə və təxmin edilə bilən şifrələrin istifadəsinin qarşısını almaq məqsədilə verilib.
İstifadəçilərin doğum tarixləri, maşın nömrələri və digər yayılmış kombinasiyalardan istifadə dələduzların işini asanlaşdırıb. Bu qərarın tətbiqi ilə bank kartlarından pulların oğurlanması halları çətinləşəcək.
Oxşar xəbərlər
Ukraynada azərbaycanlıların yaşadığı binalar atəşə tutuldu: "Xeyli yaralı var idi"
Rusiya ordusu gecədən səhərə qədər Ukraynaya 400 dron və 28 raketlə hücum edib. Əsas zərbələr bu dəfə paytaxt Kiyevdə Dnepr çayının sol sahilinə endirilib. Hadi...
