Türkiyədə ağır qəza: 3 nəfər ölüb, 5 nəfər yaralanıb
16
avq
2026
17:02
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Şimali Marmara magistral avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS-in "Haber Global"a istinadən verdiyi məlumata görə, qəza magistralın İstanbulun Sarıyer rayonundan keçən hissəsində qeydə alınıb.
Hadisə zamanı yük avtomobili ilə minik avtomobili toqquşub. Qəza nəticəsində biri uşaq olmaqla, üç nəfər həyatını itirib, beş nəfər isə xəsarət alıb.
Qəza magistralda nəqliyyatın hərəkətində sıxlığın yaranmasına səbəb olub.
Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...