Türkiyədə 5.3 bal gücündə zəlzələ oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə Muğla vilayətinin Datça rayonu yaxınlığında 5.3 maqnitudalı zəlzələ baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd edilib ki, Aralıq dənizində günorta saatlarında seysmik aktivlik qeydə alınıb. 14:06-da qeydə alınan təbiət hadisəsinin episentri dəniz olub.
Müvafiq qurumların açıqlamasına görə, yeraltı təkanlar Muğla-Datça sahillərindən 137.45 kilometr aralıda müşahidə edilib.
Zəlzələnin ocağı yerin 19.87 kilometr dərinliyində yerləşib.
İlkin məlumatlara görə, bölgədə qeydə alınan titrəyişlər geniş ərazidə hiss olunub.
Oxşar xəbərlər
Netanyahu üçün kritik sınaq: Seçkilərdən sonra İsraili nə gözləyir?
İsraildə oktyabrın 27-də keçirilən parlament seçkilərindən sonra ölkənin siyasi gələcəyi ilə bağlı əsas sual hələ də açıq qalır: Benjamin Netanyahu hakimiyyətdə...