Türkiyədə 115 nəfərin olduğu qayıqda yanğın - Sərnişinlər dənizə atladı
Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda içərisində 115 nəfərin olduğu gəzinti qayığında yanğın baş verib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, alovların qısa müddətdə böyüməsi nəticəsində aralarında uşaqların da olduğu sərnişinlər xilasedici jiletləri geyinərək dənizə atılıb.
Hadisə yerinə Türkiyənin Sahil Mühafizəsi və tibbi yardım qrupları göndərilib. Ətrafdakı qayıqlar da xilasetmə işlərinə dəstək verib.
Sərnişinlərin hamısı təhlükəsiz şəkildə təxliyə edilib. Yanğın nəticəsində qayığın böyük hissəsi yararsız vəziyyətə düşüb və daha sonra batmağa başlayıb.
İlkin məlumata görə, hadisə zamanı ölən və xəsarət alan olmayıb. Sərnişinlər tibbi müayinədən keçirilib.
Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Fransada meşə yanğınları ilə bağlı 50 vilayətində narıncı XƏBƏRDARLIQ
Fransada rekord istilər və quraqlıq meşə yanğınları riskini artırıb. Ölkənin 50 vilayətində narıncı xəbərdarlıq elan edilib. BAKU.WS Meteo-France-yə istinadən x...