Türkiyə XİN ölkənin Netanyahunun təyyarəsi üçün hava məkanını bağlaması xəbərini təkzib edib
03
may
2025
23:07
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) İsrailin Baş naziri Binyamin Netanyahunun təyyarəsi üçün hava məkanını bağlaması barədə xəbərləri təkzib edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-in sözçüsü Öncü Keçeli deyib.
O bildirib ki, iddialar həqiqətə uyğun deyil: "Həmçinin kimsə bizdən bunu tələb etməyib".
Qeyd edək ki, daha əvvəl Türkiyənin guya B.Netanyahunun təyyarəsi üçün hava məkanını bağlaması barədə məlumat yayılmışdı.
Oxşar xəbərlər
Donald Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
ABŞ Prezidenti Donald Tramp İranla hərbi münaqişə başa çatdıqdan sonra neft və benzinin qiymətlərinin kəskin ucuzlaşacağını bəyan edib. BAKU.WS-in "KTIV" teleka...