Türkiyə və Ermənistan arasında müqavilə imzalandı
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə və Ermənistan tarixi Ani körpüsünün bərpasını müştərək şəkildə həyata keçirəcəklər.
BAKU.WS xəbər verir ki, bu barədə Yerevanda səfərdə olan Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz öz şəxsi "X" hesabında paylaşıb.
C.Yılmaz qeyd olunan məsələyə dair Ermənistan tərəfi ilə rəsmi razılaşmanın bağlandığını bildirib.
Qeyd edilir ki, sənədə Türkiyənin Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndəsi, səfir Serdar Kılıç və Ermənistanın Türkiyə ilə normallaşma prosesi üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan imza atıblar.
Cumhurbaşkanımız Sayın Recep Tayyip Erdoğan’ı temsilen, Avrupa Siyasi Topluluğu 8. Zirvesi kapsamında bulunduğumuz Erivan’da Ermenistan Başbakanı Sayın Nikol Paşinyan ile kapsamlı ve verimli bir görüşme gerçekleştirdik.
— Cevdet Yılmaz (@_cevdetyilmaz) May 4, 2026
Sayın Paşinyan ile görüşmemizde, ikili ilişkilerimizi… pic.twitter.com/ELhpPtbFI5
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...