Türkiyə Trampın Qəzza planının ikinci mərhələsinin gələn ilin əvvəlində həyata keçiriləcəyini gözləyir
22
dek
2025
19:25
Türkiyə ABŞ Prezidenti Donald Trampın Qəzza üzrə sülh planının ikinci mərhələsinin həyata keçirilməsinə 2026-cı ilin əvvəlində başlanacağını gözləyir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Dəməşqdə keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, ötən həftəsonu Mayamidə ABŞ, Qətər və Misir rəsmiləri ilə aparılan danışıqlarda razılaşmanın növbəti mərhələyə keçməsindəki maneələr müzakirə olunub.
Fidan həmçinin əlavə edib ki, prioritet Qəzzanın idarəçiliyinin Fələstinyönümlü qüvvələrə təhvil verilməsidir.
Oxşar xəbərlər
28 yaşlı modelin xəstəxanadan görüntüləri yayıldı
Dünyaca məşhur model Anok Yai bir ildir səhhəti ilə bağlı problemlər yaşayır. BAKU.WS xəbər verir ki, amerikalı model bu barədə sosial şəbəkə hesabında paylaşı...