Türkiyə Təhlükəsizlik Şurasında Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Milli Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.
BAKU.WS xəbər verir ki, iclas zamanı ölkənin təhlükəsizliyi ilə bağlı məsələlər, terrorla mübarizə tədbirləri, eləcə də regional və beynəlxalq gündəmdə olan proseslər nəzərdən keçirilib.
Bildirilib ki, PKK/KCK-PYD/YPG, FETÖ və İŞİD kimi terror qruplaşmalarına qarşı əməliyyatlar qətiyyətlə davam etdiriləcək.
Müzakirələr zamanı Şərqi Aralıq dənizi, Şimali Kipr, Suriya, İraq, Yaxın Şərq və Ukraynadakı vəziyyətə də toxunulub. Türkiyə tərəfi regional sabitliyin qorunmasının vacibliyini vurğulayıb.
Şurada həmçinin Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsi istiqamətində aparılan proseslər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...