Türkiyə Prezidenti İsraillə İranı atəşkəsə əməl etməyə çağırıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail və İran arasında dünən axşam əldə edilən atəşkəsin müsbət addım olduğunu bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə o, Niderlanda səfəri öncəsi keçirilən mətbuat konfransında danışıb.
Ərdoğan tərəfləri atəşkəsə riayət etməyə çağıraraq qeyd edib: "Bölgə yeni bir münaqişəni qaldıra bilməz. Gərginliklərin yeganə həlli yolu diplomatiyadır".
Türkiyə lideri, həmçinin İsrailin İrana hücumlarının qarşısının alınmasının vacibliyini vurğulayıb: "Əks halda, bu vəziyyətdən bütün bölgə zərər görəcək".
Ərdoğan Qəzzadakı qarşıdurmanın da tezliklə sona çatdırılmasının vacibliyini diqqətə çatdırıb.
Oxşar xəbərlər
Rusiya ordusunda döyüşən azərbaycanlı həlak oldu
Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak olub. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Rusiya ordusu sıralarında döyüşlərə qatılan Lənkər...