Türk Hava Yolları şirkəti "Ginnesin Rekordlar Kitabı"na düşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyanın bir çox istiqamətinə uçuşlar həyata keçirən Türk Hava Yolları şirkəti "Ginnesin Rekordlar Kitabı"na düşüb.
BAKU.WS xəbər verir ki, şirkət "Ən çox ölkəyə uçuş edən aviaşirkət" adı ilə "Ginnesin Rekordlar Kitabı"na adını yazdırıb.
Bu rekordu təsdiqləyən sənəd Santiaqo Arturo Merino Benites Beynəlxalq Hava Limanında təqdim edilib.
Mərasimdə Türk Hava Yollarının rəhbər şəxsləri və "Ginnesin Rekordlar Kitabı"nın rəsmiləri iştirak ediblər.
Məlumata əsasən, Türk Hava Yolları yalnız son 12 ayın aktiv marşrutlarını əks etdirən 120 ölkəyə uçuşla rekord qırıb.
Hava Yollarının uçuş şəbəkəsi hazırda 131 ölkəni əhatə edir.
Oxşar xəbərlər
ABŞ İrana nüvə zərbəsi endirəcək?
"Son vaxtlar ABŞ-İran qarşıdurmasında bir-biri ilə əlaqəli üç proses müşahidə olunur. bunlardan birincisi, ABŞ-də aralıq seçkidən sonra İrana qarşı əvvəlkilərdə...