Turistləri daşıyan lüks kruiz gəmisi Antarktidada ilişib qalıb
Antarktidaya gedən lüks kruiz gəmisi mühərrikində yaranmış problem səbəbindən geri dönə bilmir.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, göyərtəsində 170 sərnişin olan gəmi saatda 11 kilometr sürətlə "sürünür".
"O, dekabrın 30-da Argentinanın cənubundakı Ushuaia şəhərinə çatmalıdır. Mühəndislər qrupunun dekabrın 3-də növbəti səfərindən əvvəl problemi həll etmək üçün gəmiyə minməsi planlaşdırılır", - deyə kruiz xətti bildirib.
Səyahətçilər vəziyyətdən narazılıqlarını ifadə edərək, kruizə xərclənən vəsaitin onlara qaytarılmasını tələb ediblər. Məlumdur ki, səfərin qiyməti 972 min rubldan 1,3 milyon rubla qədər dəyişir.
Qalereya
Oxşar xəbərlər
ABŞ turist və biznes vizaları üçün 20 min dollara qədər depozit tətbiq edəcək
ABŞ avqustun 3-dən etibarən bəzi ölkələrin vətəndaşları üçün turist və biznes vizaları üzrə depozit sistemi tətbiq edəcək. BAKU.WS Oxu.Az-a istinadən xəbər veri...