Trampla Maskın mübahisəsi hər ikisinə baha başa gəldi - Bir gündə milyonlar itirdilər

Trampla Maskın mübahisəsi hər ikisinə baha başa gəldi - Bir gündə milyonlar itirdilər
Dünya 135

Amerikalı iş adamı İlon Mask ABŞ prezidenti Donald Trampla münaqişəsi fonunda bir gündə 33,9 milyard dollar itirib.

BAKU.WS xəbər verir ki, bu barədə "Bloomberg Billionaires Index" (BBI) məlumatlarında qeyd olunub.

Bildirilib ki, iyunun 5-də biznesin bağlanışında Tesla səhmləri təxminən 14,2%, Maskın şirkətinin bazar dəyəri isə 152 milyard dollar azalıb.

Eyni zamanda, biznesmen ümumi sərvəti 335 milyard dollar olmaqla dünyanın 500 ən varlı adamı reytinqində hələ də birinci yerdədir.

Həmçinin Tramp Maskla mübahisəyə görə bir gündə 1,1 milyard dollardan çox itirib. Portalın məlumatına görə, "Trump Media & Technology Group"un səhmləri 8% - 202 milyon dollar ucuzlaşıb. Bundan əlavə, Trampın mem sikkəsinin dəyərinin düşməsi dövlət başçısının sərvətini təxminən 900 milyon dollar azaldıb.

Tramp və Mask arasında münaqişə sonuncunun dövlət xidmətini tərk etməsindən az sonra başlayıb. Sahibkar ABŞ prezidentinin dövlət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid edib.

Bundan əlavə, Mask Dragon kosmik gəmisini istismardan çıxarmaqla hədələyib. Lakin sonradan fikrini dəyişib.

Tramp deyib ki, Mask səlahiyyətlərindən məhrum edildikdən sonra dəli olub. O, həmçinin əlavə edib ki, dövlət subsidiyalarını və Maskın şirkətləri ilə müqavilələri dayandırsa, ölkəyə milyardlarla dollar qənaət edəcək.

Son xəbərlər