Trampın Ukrayna nizamlanmasına dair təklifləri açıqlandı
ABŞ Prezidenti Donald Tramp Avropa liderləri və Volodimir Zelenskinin iştirakı ilə keçirilən videokonfrans zamanı Ukraynada cəbhə xəttinin dondurulmasını və ərazi mübadiləsinin aparılmasını təklif edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Tramp çıxışı zamanı Avropa ölkələrinin liderlərinə böhranın həlli məqsədilə razılığa gəlmək üçün ərazi mübadilələrinin aparılmasını zəruri hesab etdiyini bildirib.
ABŞ prezidenti bu məsələlərin Rusiya və Ukrayna arasında müzakirə edilməli olduğunu vurğulayıb.
Tramp, həmçinin atəşkəsə nail olmaq niyyətini açıqlayıb.
Xatırladaq ki, Rusiya və ABŞ liderlərinin görüşünün avqustun 15-də Alyaskada baş tutacağı gözlənilir.
Oxşar xəbərlər
İsrail ordusu HƏMAS-ın silah anbarlarına zərbələr endirib
İsrail hərbçiləri Qəzza zolağına yeni silsilə zərbələr endiriblər. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbu...