Trampın bəyənmədiyi portreti - "Baku TV Ru"nun xüsusi müxbiri Kapitoli binasında

Trampın bəyənmədiyi portreti - Baku TV Runun xüsusi müxbiri Kapitoli binasında
Video
Dünya 130

"Baku TV Ru"nun ABŞ-dəki xüsusi müxbiri Kapitoli binasında olub, rəssam Sara Bordman tərəfindən çəkilən və Donald Trampın tənqidinə tuş gələn portretlə yerində tanış olub.

Bu həmin portretdir ki, Birləşmiş Ştatlar prezidenti özünün "Truth Social" platformasında tənqid etmişdi.

O bildirmişdi ki, özünün Kapitoli binasında asılan portreti digər ABŞ prezidentləri ilə müqayisədə pis çəkilib və təhrif olunub.

"Heç kim pis şəkil və ya portret istəməz. Lakin Kapitolidəki portretim təhrif olunub. Çox sayda insan bu portretdən şikayət edib, zəng və məktublar göndərib", - deyə ABŞ lideri öz paylaşımında qeyd etmişdi.

Lakin Kapitoli binasında Donald Trampın şikayət etdiyi portretlə tanış olan müxbir bildirib ki, burada asılan bütün əsərlər rəssam tərəfindən eyni üslubda çəkilib və onlar arasında hansısa siyasi xadimin simasının təhrif olunduğu müşahidə edilmir.

Oxşar xəbərlər

Son xəbərlər