Trampın ailə biznesi birbaşa ABŞ hökuməti ilə işləməyəcək
10
dek
2024
21:28
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp və ailəsinin biznesi hökumətlə birbaşa işləməyəcək.
"Report" xəbər verir ki, bunu onun oğlu və "The Trump Organization" şirkətinin icraçı vitse-prezidenti Erik Tramp "Reuters"ə müsahibəsində deyib.
O bildirib ki, bu öhdəliklər çox ciddidir və birinci dəfə etdiyi kimi, ikinci dəfə də bunu bacaracaq.
E.Tramp əlavə edib ki, hökumətlə birbaşa işləmək maraqların toqquşmasına səbəb olacaq.
Oxşar xəbərlər
Rusiyada miqrantlara bank hesabı açmaqla bağlı qadağalar qoyula bilər
"Rusiyada xarici vətəndaşlar üçün bank hesablarının sayını məhdudlaşdırmaq və yalnız xarici pasportlarla açılmasına icazə vermək lazımdır". BAKU.WS Oxu.az-a ist...