Trampdan yeni qərar: ABŞ-da yük maşını sürücülərinə ingilis dili məcburiyyəti

ABŞ Prezidenti Donald Tramp ölkədə yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücülər üçün ingilis dili bilmə tələbi qoyub.
BAKU.WS xəbər verir ki, ABŞ Nəqliyyat Nazirliyindən verilən yazılı açıqlamada bildirilib ki, Prezident Trampın imzaladığı və kommersiya məqsədli yük maşını sürücülərinin ingilis dili bilməsini tələb edən fərman əsasında Nəqliyyat naziri Şon Daffi yeni göstərişi təsdiqləyib.
Nazirliyin açıqlamasında deyilir: "Əvvəlcə Amerika demək, əvvəlcə təhlükəsizlik deməkdir. Amerikalılar yalnız yol nişanlarını anlayan və düzgün şərh edən sürücülərlə eyni yollarda olduqları zaman özlərini daha təhlükəsiz hiss edirlər."
Tramp administrasiyasının bu addımı bəzi etnik qruplara qarşı ayrı-seçkiliyin artmasına səbəb ola biləcəyi ilə bağlı narahatlıqlara yol açıb.
Xatırladaq ki, bu qərar apreldə imzalanaraq keçmiş Prezident Barak Obamanın dövründə tətbiq olunan və ingilis dili bilməyən sürücülərin işdən çıxarılmasını əngəlləyən qaydanı ləğv edib.
Tramp fevral ayında imzaladığı digər fərmanla ABŞ tarixində ilk dəfə ingilis dilini ölkənin rəsmi dili elan etmişdi.
Bu addımlar, Tramp rəhbərliyinin ictimai asayiş və miqrasiya siyasətində sərt xətt yürütməsinin davamı kimi qiymətləndirilir.
Oxşar xəbərlər
ABŞ-də güclü sel faciəsi: Ölənlərin sayı 50-yə çatdı, 27 uşaq hələ də itkindir
ABŞ-nin Texas ştatında yağan leysan yağışların yaratdığı güclü sel fəlakəti nəticəsində ölənlərin sayı 50-yə yüksəlib. BAKU.WS xəbər verir ki, rəsmi şəxslər 27...
