Trampdan Venesuella ilə bağlı "51-ci ştat" paylaşımı
ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Venesuellanın beysbol üzrə yarı finalında İtaliyaya 4:2 hesabı ilə qalib gəlməsinə istinad edərək ölkənin "ABŞ-ın 51-ci ştatı" ola biləcəyini yazıb.
BAKU.WS xəbər verir ki, o, paylaşımında belə deyib:
"Venesuella son zamanlarda yaxşı görünür. Bu sehr nədən ibarətdir? 51-ci ştat olmaq istəyən var?"
Qeyd edək ki, Venesuella müvəqqəti prezidenti Delsi Rodrigez isə 2025-ci ilin noyabrında ABŞ-ın ölkəni "51-ci ştat" etmək niyyətində olduğunu iddia etmişdi.
Tramp bundan əvvəl də Kanada haqqında oxşar fikir söyləyərək onun ABŞ-ın 51-ci ştatı olması lazım olduğunu demişdi.
Xatırladaq ki, 3 yanvarda Venesuellanın paytaxtı Karakasda partlayışlar və təyyarə səsləri eşidilmiş, hökumət hadisələrdən sonra ABŞ-ni ölkənin müxtəlif bölgələrində sivil və hərbi obyektlərə hücum təşkil etməkdə ittiham etmişdi.
Venesuella hökuməti ABŞ-nin hərəkətlərini qınamaq üçün beynəlxalq ictimaiyyəti çağırmış, bəzi ölkələr ABŞ-ı tənqid etsə də, bəzi ölkələr onu dəstəkləmişdi.
Oxşar xəbərlər
Tatarıstan sakini astroloqa qulaq asdı, 50 milyon rubl qazandı
Tatarıstan sakini Oleq B. astrologun maliyyə uğuru barədə proqnozunu televiziyada eşidəndən sonra lotereyada 50 milyon rubl qazanıb. Bu barədə BAKU.WS "Stoloto"...