Trampdan növbəti qalmaqal: Venesuela "51-ci ştat" göstərildi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" platformasında Venesuela ilə bağlı diqqətçəkən yeni paylaşım edib.
BAKU.WS xəbər verir ki, o, ölkənin xəritəsinin ABŞ bayrağının rəngləri ilə təsvir olunduğu və üzərində "51-ci ştat" ifadəsinin yer aldığı şəkli izləyiciləri ilə bölüşüb.
Yayılan görüntüdə Venesuela ərazisi Amerika bayrağının qırmızı, ağ və mavi rənglərində təqdim olunub. Bu, Trampın həmin mövzuda etdiyi ilk paylaşım deyil. O, oxşar məzmunlu şəkli cari ilin may ayında da paylaşmışdı.
Donald Tramp bundan əvvəl də Venesuelanın, Kanadanın, eləcə də Danimarkanın muxtar bölgəsi olan Qrenlandiyanın gələcəkdə ABŞ-yə birləşdirilməsi ehtimalı ilə bağlı müxtəlif açıqlamalar vermişdi. Bu fikirlər beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb olmuşdu.
Oxşar xəbərlər
Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib
İspaniyanın Əndəlüs muxtar regionunun rəhbərliyi onlarla insanın həyatına son qoyan dəmiryol qəzası ilə əlaqədar üçgünlük matəm elan edib. BAKU.WS "Report"a ist...