Tramp: Ukrayna üzrə sülh sazişi atəşkəsdən daha yaxşıdır

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski və Avropa ölkələrinin liderləri ilə telefon danışığı zamanı onlara Rusiya Prezidenti Vladimir Putinin Ukrayna nizamlanması ilə bağlı mövqeyini çatdırıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Qeyd olunub ki, Tramp Rusiya tərəfinin atəşkəsdə deyil, müharibəni bitirmək üçün hərtərəfli sazişdə maraqlı olduğunu bildirib.
***11:14
ABŞ Prezidenti Donald Tramp NATO ölkələrinin liderləri ilə telefon danışıqları həyata keçirib.
BAKU.WS-in BBC-yə istinadən yaydığı məlumata görə, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt açıqlama verib.
Bildirilib ki, Tramp Avropa liderlərini Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşün nəticələri barədə məlumatlandırıb.
***10:55
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə uzun telefon danışığı aparıb.
BAKU.WS BBC-yə istinadən xəbər verir ki, Ağ Evin mətbuat katibi Karolin Levittin sözlərinə görə, bu danışıq Trampın Alyaskadan Vaşinqtona qayıdarkən təyyarədə baş tutub.
Oxşar xəbərlər
Bazar ertəsi Trampla Zelenski görüşəcək
Ukrayna Prezidenti Vladimir Zelenski, Bazar ertəsi günü ABŞ Prezidenti Donald Trampla görüşəcək. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski görüşün...
